Türkiyənin Alanya şəhərində
pankration və MMA idman növləri üzrə dünya çempionatı keçirilib.”Neftçi İdman Klubu”nun
çempionatda təmsil olunan yetirmələrindən Əsgər Əsgərov (57 kq) pankration
yarışlarında bütün döyüşləri qələbə ilə başa vuraraq dünya çempionu adını
qazanıb. Klubun digər idmançısı, 62 kq çəki dərəcəsində mübarizə aparan Ehtiram
Dərişov pankration növündəfəxri kürsünün 2-ci, MMA
yarışlarında isə 3-cü pilləsində yer alıb.