Sumqayıt Olimpiya İdman
Kompleksində keçirilən taekvondo üzrə Azərbaycan çempionatı və birinciliyinə
yekun vurulub.”Neftçi İdman Klubu”nun
taekvondoçuları da bu turnirə qatılıblar və ölkə birinciliyinin 3 medalını
qazanıblar.İdmançılarımızdan 55 kiloqram çəki dərəcəsində
çıxış edən Ayşən Ağazadə yeniyetmələr arasında
keçirilən yarışda bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub.Gənc taekvondoçuların
mübarizəsində isə Pünhan Mürsəlov (48 kq) və Vaqif Hacıyev (59 kq) respublika
birinciliyinin gümüş medalına layiq görülüblər.Qeyd edək ki, yeniyetmələr,
gənclər və böyüklər arasında təşkil olunan yarışda 700-ə yaxın idmançı qalib
adı uğrunda mübarizə aparıb.