Sərbəst və
yunan-Roma güləşi üzrə respublika çempionatı davam edir. Bakı İdman Sarayında keçirilən
turnirdə yunan-Roma güləşi üzrə yarışlara yekun vurulub.”Neftçi İdman
Klubu”nun yetirmələri bu gün çempionatın daha 3 medalına (2 qızıl, 1 gümüş) yiyələniblər.
Pəhləvanlarımızdan Orxan Nuriyev (97 kq) və Sərxan Məmmədov (130 kq) bütün
qarşılaşmaları qələbə ilə başa vuraraq qızıl medala sahib olublar. Digər
idmançımız Arif Niftullayev (97 kq) isə yalnız final görüşündə məğlub olub və
gümüş medala layiq görülüb.Xatırladaq ki,
çempionatın ilk günündə yunan-Roma güləşçilərimizdən Murad Məmmədov (63 kq), Ülvi Qənizadə (72 kq),
Sənan Süleymanov (77 kq) qızıl, Taleh Məmmədov (67 kq), Xasay Həsənli (77 kq)
gümüş, Ziyad Zeynalov (55 kq), Nihad Quluzadə (60 kq), Şirxan Quliyev (77 kq) və
Tural Daşdəmirov (82 kq) isə bürünc medal qazanıblar.Beləliklə, Azərbaycan
çempionatını 5 qızıl, 3 gümüş və 4 bürünc medalla başa vuran yunan-Roma güləşçilərimiz
ümumi komanda hesabında birinci yeri tutublar.