Yüksək Liqada XI
turun oyunları keçirilib. “Olimpik Star” İdman və Əyləncə Mərkəzində baş tutan
turla həm də 2021-ci ilə yekun vurulub.”Neftçi İdman Klubu”
ilin son turunda “Record club.az” komandası ilə üz-üzə gəlib. Qarşılaşmada
baxımlı oyun nümayiş etdirən futzalçılarımız rəqibi 7:1 hesabı ilə məğlubiyyətə
uğradıblar. Komandamızın vurduğu qollara Kənan Manafov (19:48, 30:12), Rüfət
Balakişiyev (33:38, 38:42), Oruc Baxşəlizadə (34:57), İlkin Hacıyev (39:21) və İlqar Nuruşov (39:59) imza atıb.