Kişilər və qadınlar arasında keçirilən cüdo
üzrə Azərbaycan kuboku yarışına yekun vurulub. Fövqəladə Hallar Nazirliyinin
Hövsan qəsəbəsində yerləşən “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində təşkil
olunan yarışın sonuncu günündə qadınlar 57, 78, və +78 kiloqram, kişilər isə
73, 100 və +100 kiloqram çəki dərəcələrində qalib və mükafatçıların adlarına
aydınlıq gətiriblər.”Neftçi İdman Klubu”nun cüdoçuları yarışın
üçüncü – sonuncu günündə 6 medala sahib olublar. İdmançılarımızdan Nəriman Mirzəyev
(73 kq) və Adil Kərimli (100 kq) məğlubiyyət tanımayaraq turnirin qalibi adını
qazanıblar. Camal Feyziyev (+100 kq) gümüş, Hüseyn Dadaşov (100 kq) və Şahin Qəhrəmanov
(+100 kq) isə fəxri kürsünün üşüncü pilləsində yer alıblar.Zərif cinsin nümayəndələri arasında keçirilən
yarışda isə Nigar Süleymanova (+78 kq) gümüş medala layiq görülüb.Xatırladaq ki, yarışın əvvəlki günlərində klubumuzun
yetirmələrindən Balabəy Ağayev (60 kq) və Aydan Vəliyeva (48 kq) qızıl, Rövşən
Əliyev (60 kq) gümüş, Əhməd Yusifov (60 kq), Yaşar Nəcəfov (66 kq), Zelim
Tçkayev (81 kq), Vüqar Talıbov (90 kq), Ayşə Vəliyeva (48 kq) və Ülviyyə
Bayramova (52 kq) isə bürünc medala yiyələniblər.Qeyd edək ki, “Neftçi İdman Klubu”nun
cüdoçuları 52 komandanın heyətində 307 cüdoçunun (250 kişi, 57 qadın) qalib adı
uğrunda mübarizə apardığı Azərbaycan kuboku turnirində ümumi komanda hesabında
birinci yeri tutublar.