“Neftçi İdman Klubu” öz yetirmələri və müxtəlif bölgələrdən
olan on səkkiz yaşadək yeniyetmə cüdoçular üçün təlim-məşq toplanışı keçirir.
Yanvarın 3-də startı verilmiş toplantıya 85 idmançı qatılıb. Lökbatan qəsəbəsindəki
Qaradağ Təlim-İdman Bazasında təşkil olunan toplantıda
məşqləri klubumuzun təcrübəli cüdo mütəxəssisləri Tərlan Poladov və Qüdrət Pəncəliyev
aparırlar.Təlim-məşq toplanışının təşkilində əsas məqsəd
13-16 yanvarda keçiriləcək on səkkiz yaşadək yeniyetmə cüdoçuların respublika
birinciliyinə idmançıların hazırlığını artırmaqdır.Yüksək səviyyədə təşkil olunan toplantıda
idmançıların hazırlığı üçün hər bir şərait yaradılıb.Qeyd edk ki, təlim-məşq toplanışına yanvarın 9-da
yekun vurulacaq.