“Neftçi İdman Klubu”nun güllə atıcısı Ruslan Lunyov Xorvatiyanın Osijek şəhərində
keçirilən ISSF Qran-pri yarışında uğurla çıxış edib. İdmançımız 10 metr məsafəyə
pnevmatik tapançadan atəşaçma yarışında gümüş medala sahib olub.Qeyd edək ki, bu, Ruslanın son
bir həftədə qazandığı ikinci medaldır. Belə ki, atıcımız yanvarın 15-də
Sloveniyanın Ruşe şəhərində keçirilən ISSF Qran-pri yarışında qızıl medala yiyələnmişdi.