AFFA-nın təşkil etdiyi müxtəlif
liqalarda 2015-2016 mövsümünün növbəti turunun oyunları keçirilib. Ayrı-ayrı
yaş qruplarında mübarizə aparan komandalarımız turu aşağıdakı nəticələrlə başa vurublar.U-10 Liqası: Neftçi İK İB-Təhsil
FM 5:0U-11 Liqası: Rəvan FK-Neftçi İK İB
6:2Cola-Cola U-13 Liqası: Neftçi İK
İB-Neftçi PFK 2:4Neftçi İK İB (Neftçala)-Təhsil
(Neftçala) 2:2Atena U-12 Liqası: Azal PFK-Neftçi
İK İB 0:7U-14 Liqası: İnter PİK- Neftçi İK
İB (Bakı) 0:0Neftçi İK İB (Neftçala)-Dinamo
(Yardımlı) 8:0Neftçi İK İB (Siyəzən)-ŞRGB 10:0Boulevard Hotel U-15 Liqası:
Neftçi İK İB (Bakı)-Qəbələ İK 1:3Neftçi İK İB (Siyəzən)-Zirə 3:3U-16 Liqası: Neftçi İK İB-Fortuna
(Səbail) 0:2Baksel U-17 Liqası: Neftçi İK İB-Sumqayıt
FK 3:4U-13 Qızlar Liqası: Neftçi İK
İB-Əhmədli Yunayted 0:2U-16 UNİSEF Qızlar Liqası: Neftçi
İK İB-Təhsil FM 0:7***”Sabahın ulduzları” paytaxt
çempionatında 5-ci turun oyunları keçirilib. Bakı Futbol Federasiyasının təşkilatçılığı
ilə iki yaş qrupu üzrə keçirilən yarışlarda kiçik yaşlı futbolçularımız turu qələbə
ilə sonuclayıblar. Bu tur çərçivəsində 11 yaşadək futbolçulardan ibarət komandamız
(U-11) “Vətən”i 3:0 hesabıyla məğlub edib. 10 yaşlılardan ibarət komandamız
(U-10) da “Vətən”lə üz-üzə gəlib və 4:0 hesablı qələbə qazanıb.***Yeri gəlmişkən,
onu da qeyd edək ki, Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman
Bazasında klubun futbol sektorunun mütəxəssisləri ilə Uşaq Futbol Məktəbinin
futbolçuları arasında növbəti görüş keçirilib. Tədbirdə məqsəd kiçik yaşlı
uşaqlara futbol terminlərinin ingilis dilində öyrədilməsi olub. Bu istiqamətdə
artıq müəyyən işlər görülüb və vəsaitlər də hazırlanıb.