“Neftçi İdman Klubu” uşaq futbolunun inkişafını daim diqqətdə saxlayır və bu sahəyə xüsusi qayğı göstərilir. Klub tərəfindən mütəmadi olaraq seleksiya xarakterli toplantılar keçirilir, istedadlı uşaqlar, yeniyetmələr seçilərək müxtəlif yaş qrupları üzrə komandalara cəlb olunurlar. Klubumuzun uşaq futbol komandaları AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə bütün liqalarda yüksək səviyyədə təmsil olunurlar.Elə bunun nəticəsidir ki, bugünlərdə beş futbolçumuz on yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına dəvət alıb. Bunlar Arif Mustafayev, Mehdi Haşumov, Fərid Şahüseynli, Əli Məmmədli və Fərhad Balayevdir.Qeyd edək ki, on yeddi yaşadək futbolçulardan ibarət  Azərbaycan milli komandasının yanvarın 23 və 24-də “Dalğa Arena”nın əsas meydançasında 2006-cı təvəllüdlü futbolçuların seleksiya xarakteri daşıyan oyunları keçiriləcək və klubumuzun adıçəkilən futbolçuları da həmin oyunlarda iştirak edəcəklər.