Fransanın paytaxtı Parisdə keçirilən “Böyük dəbilqə” turnirindən sonra cüdoçuların dünya reytinq cədvəli açıqlanıb.”Neftçi İdman Klubu”nun iki cüdoçusu yeni siyahıda xeyli irəliləyib. Mötəbər yarışda gümüş medal qazanan Uşanqi Kokauri (+100 kq) 4 pillə irəliləyərək 12-ci yerə yüksəlib (2376 xal). Turnirdə eyni uğura imza atan  digər cüdoçumuz Məmmədəli Mehdiyev (90 kq) isə 1 pillə irəliləyib. İdmançımız 3920 xalla 5-ci sırada qərarlaşıb. İlk onluqda yer alan cüdoçularımızdan Orxan Səfərov (66 kq, 3280 xal, 6-cı yer) və Zelim Kotsoyevin (100 kq, 3092 xal, 9-cu yer), ilk iyirmilikdə yer alan təmsilçilərimizdən isə Hidayət Heydərovun (73 kq, 2580 xal, 11-ci yer) mövqeyi dəyişməz qalıb. Murad Fətiyev (81 kq, 2384 xal, 13-cü yer) 1, İrina Kindzerska (+78 kq, 2570 xal, 14-cü yer) və Rüstəm Orucov (73 kq, 2412 xal, 14-cü yer) isə hərəyə 2 pillə geriləyiblər.