Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında  V turun oyunları keçirilir.Meydana yeni forma ilə çıxan “Neftçi İdman Klubu” bu turda “Sərhədçi” komandası ilə qarşılaşıb. “Murov” Voleybol Klubunun zalında gerçəkləşən görüşdə daha üstün  oyun sərgiləyən   Elçin Orucovun yetirmələri rəqibə 3:0  (25:17, 25:18, 25:11) hesabı ilə qalib gəliblər.Qeyd edək ki, birinci dövrəni qələbə ilə başa vuran komandamız  xallarının sayını 9-a yüksəldib və turnir cədvəlində liderliyini davam etdirir.