Birləşmiş Ərəb Əmirliklərinin
paytaxtı Əbu-Dabidə gənc cüdoçuların dünya birinciliyi davam edir. Yarışda 82
ölkədən 555 idmançı (336 oğlan, 219 qız) qalib adı uğrunda mübarizə aparır.Gənclərdən ibarət yığma komandamız
dünya birinciliyinə 12 cüdoçu (10 oğlan, 2 qız) ilə qatılıb.”Neftçi İdman Klubu”nun yarışda
ölkəmizi təmsil edən yetirmələrindən Hidayət Heydərov (66 kq) mundialda yalnız
bir görüşdə məğlub olub və bürünc medala sahib olub. Bu yolda o, Fələstin,
Kosta-Rika, Avstriya və Hollandiya təmsilçilərini məğlubiyyətə uğradaraq
yarımfinala yüksəlib. Bu mərhələdə Yaponiya cüdoçusu Masaya Asariylə bacarmayan
idmançımız bürünc medal uğrunda görüşə qatılıb. Üçüncü yer uğrunda mübarizədə
Heydərov kolumbiyalı Xuan Telyoya qalib gəlib və dünya birinciliyinin bürünc
medalına yiyələnib.Klubun digər cüdoçuları Natiq
Qurbanlı (55 kq) və Hüseyn Rəhimli (73 kq) yarışı 5-ci, Davud Məmmədov (60 kq)
isə 7-ci pillədə başa vurub.Hal-hazırda Azərbaycan yığması
oğlanların ümumkomanda hesabında bir neçə güclü ölkəni də qabaqlayaraq 8-ci, ümumi komanda hesabında isə 16-cı sırada qərarlaşıb.