Xəbər verdiyimiz kimi, Birləşmiş
Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə gənc cüdoçuların dünya birinciliyi
keçirilir və Azərbaycanın gənclərdən ibarət yığma komandası da bu yarışda
iştirak edir.”Neftçi İdman Klubu”nun paralimpiyaçı
cüdoçusu, ikiqat paralimpiya çempionu, ikiqat dünya və beşqat Avropa çempionu, əməkdar
idman ustası, “Şöhrət” ordenli, “Tərəqqi” medal sahibi, Heydər Əliyev Fondunun
təsis etdiyi beynəlxalq “Qızıl çinar” mükafatının laureatı İlham Zəkiyev gənclərin
dünya birinciliyində paralimpiya cüdosunun təqdimatı münasibətilə Beynəlxalq
Cüdo Federasiyası (İJF) tərəfindən Əbu-Dabiyə dəvət olunmuşdu. Zəkiyev klubumuzun digər təmsilçisi, Azərbaycanın paralimpiyaçı
cüdoçularından ibarət milli komandanın üzvü Kənan Abdulxanlı ilə birlikdə nümunəvi
çıxışlar ediblər.Yarışın keçirildiyi idman
sarayında respublikamızın fəxri, dünya paracüdosunun ulduz idmançısı İlham Zəkiyevin
erməni snayperi tərəfindən vurularaq görmə qabiliyyətini itirməsi elan olunub.Sonra paralimpiyaçı cüdoçuların
test yarışları keçirilib.