“Neftçi İdman
Klubu”nun paralimpiyaçıları gələn il Rio de Janeyroda keçiriləcək Paralimpiya
Oyunlarına daha bir lisenziya qazanıblar. Qətərin paytaxtı Dohada təşkil olunan
atletika üzrə dünya çempionatının nizəatma yarışlarında mübarizə aparan
idmançımız İradə Əliyeva 44,18 metrlik nəticə ilədünya
rekordunu yeniləyib. Çempionatın qalibi adını qazanan atletimiz bununla da
Rio-2016 Paralimpiya Oyunlarına birbaşa lisenziya əldə edib. Bu, klubun
paralimpiyaçılarının qazandığı 10-cu lisenziyadır.Belə ki, İradə
Əliyevadan əvvəl uzunluğa tullanma yarışlarında Elçin Muradov, cüdoçularımız
İlham Zəkiyev (+100 kq), Səbinə Abdullayeva (57 kq), Ramil Qasımov (73 kq),
Bayram Mustafayev (60 kq), üzgüçülər Dmitri və Roman Saley, pauerliftinq idmanı
üzrə Elşən Hüseynov (107 kq) və uzunluğa tullanma üzrə Kamil Əliyev Rio de
Janeyroya lisenziya qazanıblar.