İstanbulda yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında keçirilən kikboksinq üzrə dünya kuboku yarışı sayılan “Turkish Open” beynəlxalq turnirinə yekun vurulub.”Neftçi İdman Klubu”nun milli komandamızın heyətində təmsil olunan yetirməsi Eyyub Musayev gənclər arasında keçirilən yarışda mükafata layiq görülüb. Qırx iki kiloqram çəki dərəcəsində mübarizə aparan kikboksçumuz nüfuzlu turnirin bürünc medalına sahib olub.