Futbol üzrə Azərbaycan I Divizionunda 2021/2022 mövsümünün son turunun oyunları keçirilib.”Qaradağ Lökbatan” sonuncu turda “Qarabağ-2” komandası ilə üz-üzə gəlib. Binə qəsəbə stadionunda təşkil olunan qarşılaşma qolsuz bərabərliklə başa çatıb – 0:0.Beləliklə, “Qaradağ Lökbatan” komandası 55 xalla I Divizionun çempionu olub. “Şamaxı-2” ikinci, “Qarabağ-2” komandası isə üçüncü yeri tutub.Qeyd edək ki, komandamız mövsümün sonuna dörd tur qalmış – XXII turda artıq çempionluğunu rəsmiləşdirib.Onu da əlavə edək ki, bir qədər sonra “ASK Arena”da qalib və mükafatçıların təltifetmə mərasimi keçiriləcək.