Futbol üzrə Azərbaycan I Divizionunda 2021/2022 mövsümünün medalçılarının  mükafatlandırılma mərasimi keçirilib. “ASK Arena”da təşkil olunan tədbirdə  təmsilçimiz “Qaradağ Lökbatan” komandasına  çempionluq kuboku təqdim olunub.”Şamaxı-2″ gümüş, “Qarabağ-2” komandası isə bürünc medallara layiq görülüb.22 qolla çempionatın  bombardiri olan komandamızın  hücumçusu Sabir Allahquliyevə isə xüsusi mükafat təqdim olunub.Xatırladaq ki, “Qaradağ Lökbatan”  mövsümün sonuna dörd tur qalmış – XXII turda artıq çempionluğunu rəsmiləşdirib.