“Neftçi İdman Klubu”nun sərbəst güləşçiləri İtaliyanın paytaxtı Romada keçirilən Matteo Pellikone turnirində 2 medal qazanıblar. Yarışda 74 kiloqram çəki dərəcəsində mübarizə aparan Turan Bayramov finala qədər inamla irəliləyib. Pəhləvanımız həlledici mərhələdə  slovakiyalı Teymuraz Salkazanova məğlub olub və gümüş medala layiq görülüb. Digər təmsilçimiz Hacı Əliyev isə üçüncü yer uğrunda qarşılaşmada türkiyəli Servet Coşkuna qalib gəlib və turniri bürünc medalla başa vurub.Xatırladaq ki, klubumuzun  yunan-Roma güləşçiləri reytinq turnirinin 6 medalına (3 qızıl, 2 gümüş, 1 bürünc) sahib olublar.