Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə keçirilən “Shusha Chess-2022” beynəlxalq şahmat turnirinin rapid yarışlarında birinci tura yekun vurulub.Kişilərin mübarizəsində “Neftçi İdman Klubu”nun zəka sahiblərindən Vasif Durarbəyli Çin təmsilçisi Hao Vanqı, məğlub edib. Teymur Rəcəbov isə iranlı Parham Maqsudlu ilə heç-heçə edib.Qeyd edək ki, turnir iki kateqoriyada – kişilər və qadınlar arasında keçirilir. Doqquz ölkədən qatılmış şahmatçılar rapid və blits üzrə yarışacaqlar. Həm kişilər, həm də qadınların yarışında qalib rapid və blits turnirlərindəki xallarının cəminə əsasən müəyyən ediləcək.Görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunan “Shusha Chess-2022” şahmat turnirinin ümumi mükafat fondu 150 min manat təşkil edir.Xatırladaq ki, “Shusha Chess-2022” beynəlxalq turnirinin baş sponsoru SOCAR, sponsoru Azərbaycan Beynəlxalq Bankı, tərəfdaşı isə “Azərxalça” ASC-dir.