Futzal üzrə Yüksək Liqada II turun oyunları keçirilib.”Olimpik Star” İdman və Əyləncə Mərkəzində təşkil olunan görüşdə  “Neftçi İdman Klubu”  Lənkəranın “Alyans” komandası ilə qarşılaşıb. Oyun təmsilçimizin 6:3 hesablı qələbəsi ilə sona yetib. Futzalçılarımızdan Ülvi Əliyev (5:09), Mirzə Əmirov (14:24), İlkin Hacıyev (26:14, 31:00), Nurlan Mehdizadə (35:40) və Rüfət Balakişiyev (39:39) fərqləniblər.