Azərbaycan Atıcılıq Federasiyası kuboku yarışının final mərhələsinin qalibləri müəyyənləşib.Bakı Atıcılıq Mərkəzində keçirilən turnirdə kişilər arasında kiçik çaplı tapançadan (KÇTÇ-4) 50 metr məsafəyə atəşaçma yarışında “Neftçi İdman Klubu”nun təmsilçisi Elvin Astanov 525 xal toplayaraq bürünc medal qazanıb. Pnevmatik tapançadan (PTÇ-3) 10 metr məsafəyə atəşaçmada isə İmran Qarayev 564 xalla eyni uğuru təkrarlayıb. On metr məsafəyə pnevmatik tapançadan (PTÇ 3M) qarışıq komanda (“mix-team”) kateqoriyası üzrə atəşaçma yarışında isə Elvin Astanov və Leyli Əliyevadan ibarət cütlük (555 xal) üçüncü yeri tutub.