Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatı sona çatıb.Ölkə çempionatında tay-brek görüşləri oynanılıb. Finalın ilk rapid mübarizəsində ağ fiqurlarla oynayan “Neftçi İdman Klubu”nun təmsilçisi Vasif Durarbəyli rəqibi Vüqar Əsədlini məğlub edib. İkinci görüşdə də qələbə qazanan şahmatçımız  Azərbaycan çempionatının qalibi olub. Bu, Vasif Durarbəylinin karyerasında ikinci ölkə çempionluğudur. O, ilk dəfə 2021-ci ildə respublika  çempionatında birinci yeri tutub.Klubumuzun digər şahmatçısı Eltac Səfərli isə bürünc medal qazanıb.