Bu gün futzal üzrə Yüksək Liqada XII turun oyunları keçirilib. “Olimpik Star”da təşkil olunan qarşılaşmalar Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə start götürüb.Bu tur çərçivəsində “Neftçi İdman Klubu” “Alyans”la üz-üzə gəlib. Komandamız rəqibin qapısına 18 dəfə yol tapıb. Əyalət komandası isə cəmi bir dəfə qol sevinci yaşaya bilib. Futzalçılarımızdan Ali Mikaeli (2:26, 9:03), Nurlan Mehdizadə (5:45, 5:59, 10:50, 20:07), Rüfət Balakişiyev (7:47), Mirzə Əmirov (9:41, 21:33, 33:02, 36:06), Behzad Hassanzadeh (16:25, 24:57), Hasan Ali Jafari (24:18, 36:44), Ülvi Əliyev (27:21, 27:58) və Fərid Atakişiyev (36:23) fərqləniblər.