Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II dövrənin növbəti oyunu keçirilib.Dördüncü tur çərçivəsində təşkil olunan görüşdə “Neftçi İdman Klubu” MOİK-i sınağa çəkib. Voleybol Mərkəzində gerçəkləşən qarşılaşma  komandamızın 3:0 (25:18, 25:23, 25:18) hesablı qələbəsi ilə sona yetib.