“Neftçi İdman Klubu”nun boksçuları beynəlxalq yarışlarda böyük uğura imza atıblar.Belə ki, Nəbi İsgəndərov (67 kq) Mərakeşdə keçirilən boks üzrə Qızıl kəmər seriyası çərçivəsində inamla çıxış edərək finala qədər irəliləyib. Təmsilçimiz 34 ölkədən 201 idmançının qalib adı uğrunda döyüşdüyü turnirin həlledici qarşılaşmasında rusiyalı Tarxan İdiqovu 4:1 (29:28, 29:28, 28:29, 30:27, 30:27) hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və Azərbaycanın Dövlət Himnini səsləndirib.Digər boksçumuz Tural Sarıyev (48 kq) isə Macarıstanın Debretsen şəhərində keçirilən və 26 ölkədən 294 idmançının qatıldığı beynəlxalq turniri bürünc medalla başa vurub.