SOCAR-ın dəstəyi, “Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə neft, qaz və kimya sənayesinin işçiləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının  100 illiyinə həsr olunmuş voleybol turnirinə start verilib.Fevralın 17-dək davam edəcək yarışda on bir komanda (Geofizika və Geologiya İdarəsi, Heydər Əliyev adına Neft Emalı Zavodu, Karbamid Zavodu, “BOS Şelf” MMC, “Azərkimya” İB, “SOCAR Polymer” Zavodu, “Neftqaztikinti” Tresti, Sosial İnkişaf İdarəsi, “Qaz İxrac” İdarəsi, “28 May” NQÇİ, Təhlükəsizlik İdarəsi)  dörd qrupda mübarizə aparacaq.Qeyd edək ki, qalib və mükafatçı  komandalara “Neftçi İdman Klubu” tərəfindən kubok, diplom və qiymətli xatirə hədiyyələri təqdim olunacaq.