Güllə atıcılığı üzrə Bakı şəhər çempionatı keçirilib. Bakı Atıcılıq Mərkəzində təşkil olunan yarışda 73 idmançı medallar uğrunda mübarizə aparıb.”Neftçi İdman Klubu”nun təmsilçisi Elvin Astanov pnevmatik tapançadan (PTÇ-3) 10 metr məsafəyə atəşaçma yarışında 563 xal toplayaraq bürünc medala yiyələnib. Atıcımız qarışıq komanda (“mix-team”) kateqoriyası üzrə atəşaçmada isə fəxri kürsünün ikinci pilləsində yer alıb.