Futbol üzrə Azərbaycan I Divizionunda XVII turun oyunlarına start verilib.”Qaradağ Lökbatan” bu turda “Neftçi-2” komandası ilə üz-üzə gəlib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirilən qarşılaşma təmsilçimizin minimal hesablı qələbəsi ilə sona çatıb – 1:0. Matçda vurulan yeganə qola oyunun 43-cü  dəqiqəsində futbolçumuz Sabir Allahquliyev imza atıb.