“Neftçi İdman Klubu”nun cüdoçusu Orxan Səfərov İsrailin Təl-Əviv şəhərində keçirilən “Böyük dəbilqə” turnirində gümüş medala sahib olub. Altmış altı kiloqram çəki dərəcəsində mübarizə aparan və finala qədər inamla irəliləyən idmançımız qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı Vaja Margelaşvili ilə üz-üzə gəlib. Rəqibinə 1:2 hesabı ilə məğlub olan Orxan Səfərov fəxri kürsünün ikinci pilləsində yer alıb.