Futzal üzrə Yüksək Liqada XIII turun oyunlarına yekun vurulub.Bu turda  “Neftçi İdman Klubu”  “U-19” komandası ilə qalibin  adına aydınlıq gətirib. “Olimpik Star”da keçirilən  qarşılaşmada futzalçılarımız daha  üstün oyunları ilə fərqləniblər. Matçın sonunda təmsilçimiz rəqibini 9:1 hesabı ilə məğlubiyyətə uğradıb. Futzalçılarımızdan Fərid Atakişiyev  (1:40, 34:01), Asif Zeynalov (5:11, 34:40), Nurlan Mehdizadə (11:23, 31:47), Rüfət Balakişiyev (13:39) və Ali Mikaeli (24:50, 30:52) adlarını tabloya yazdırıblar.