SOCAR-ın dəstəyi, “Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə neft, qaz və kimya sənayesinin işçiləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş voleybol turniri başa çatdı. Fevralın 13-də start götürmüş yarışda on bir komanda (Geofizika və Geologiya İdarəsi, “SOCAR Downstream”, Karbamid Zavodu, “BOS Şelf” MMC, “Azərkimya” İB, “SOCAR Polymer” Zavodu, “Neftqaztikinti” Tresti, Sosial İnkişaf İdarəsi, “Qaz İxrac” İdarəsi, “28 May” NQÇİ, Təhlükəsizlik İdarəsi) dörd qrupda mübarizə aparırdı.Gərgin mübarizə şəraitində keçən turnirdə “BOS Şelf” və “SOCAR Downstream” komandaları finala yüksəldilər. Azarkeşlərin böyük maraqla izlədiyi həlledici qarşılaşma yarışın favoriti sayılan “BOS Şelf”-in qələbəsi ilə yekunlaşdı.Beləliklə, “BOS Şelf” komandası turnirin qalibi adını qazandı. “SOCAR Downstream” ikinci, “Qaz İxrac” İdarəsinin komandası isə üçüncü yeri tutdu.Qeyd edək ki, 1-ci, 2-ci və 3-cü yeri tutmuş komandalar “Neftçi İdman Klubu” tərəfindən kubok, diplom və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırıldılar.