İsrailin Təl-Əviv şəhərində keçirilən “Böyük dəbilqə” turnirində “Neftçi İdman Klubu”nun daha iki cüdoçusu medal əldə edib. Təmsilçilərimizdən 100 kiloqramdan yuxarı çəkidə çıxış edən Uşanqi Kokauri inamla mübarizə apararaq finala qədər irəliləyib. O, həlledici qarşılaşmada monqolustanlı Tsetsensengel Odxugiyn ilə görüşdə məğlub olub və gümüş medala layiq görülüb. Digər idmançımız Məmmədəli Mehdiyev (90 kq) isə mötəbər yarışı bürünc medalla başa vurub.Xatırladaq ki, daha əvvəl klubumuzun cüdoçusu Orxan Səfərov(66 kq)turnirin gümüş medalına sahib olub.