Bu gün Azərbaycan Basketbol Liqasında XVIII turun iki oyunu keçirilib.”Sərhədçi” İdman Mərkəzində təşkil olunan görüşdə “Neftçi İdman Klubu”  “Olimpik Şəki” ilə üz-üzə gəlib. Əvvəldən üstünlüyü ələ alan komandamız  yekunda rəqibi üzərində 88-69 hesabı ilə qələbə qazanıb.Ən məhsuldar basketbolçular  “Neftçi İdman Klubu”ndan Yuri Kondrakov (29 xal, 10 ribaund), “Olimpik Şəki”dən isə Davante Kuper (13 xal, 5 ribaund) olub.