Uşu üzrə “Dəmir yumruq” Abşeron rayon açıq birinciliyinə yekun vurulub.Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışda “Neftçi İdman Klubu”nun yetirmələri də bacarıqlarını nümayiş etdiriblər. Təmsilçilərimizdən Eyyub Musayev (48 kq) məğlubiyyət tanımayaraq 2005-2006-cı illər təvəllüdlü idmançılar arasında qalib adını qazanıb. Digər idmançılarımız – Məhəmməd Dinbazov (2014-2015), Fəridə Quliyeva (2008-2009) ikinci, Əbülfəz Yaqubov (2007-2008) və Süleyman Hüseynli (2014-2015) isə üçüncü yeri tutublar.