Bakı İdman Sarayında yeniyetmələr, gənclər və böyüklər arasında sambo güləşi üzrə keçirilən Azərbaycan birinciliyi və çempionatına yekun vurulub.”Neftçi İdman Klubu”nun təmsilçiləri yarışda uğurla çıxış edərək 18 medala (8 qızıl, 4 gümüş, 6 bürünc) sahib olublar.Samboçularımızdan böyüklər arasında Hacıalı Qasımov (71 kq), Adil Adilzadə (79 kq), Ceyhun Hüseynov (88 kq) və Şirin Cavadzadə (98 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Gənclərdən Sahib Babayevlə (58 kq) Məhəmməd Məmmədzadə +98 kq), yeniyetmə samboçularımızdan isə Toğrul Kərimli (53 kq) və Camal Baqişov (88 kq) eyni uğura imza ataraq çempionluq sevinci yaşayıblar.