Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IX turun oyunları keçirilib.Turun son oyununda  “Neftçi İdman Klubu”  MOİK-lə qarşılaşıb. Voleybol Mərkəzində təşkil olunan görüşdə təmsilçimiz aşkar üstünlüyü ilə seçilib və rəqibini 3:1 (25:23, 18:25, 25:13, 25:23) hesabı ilə məğlubiyyətə uğradıb.