Bu gün Milli Gimnastika Arenasında batut gimnastikası üzrə yeddinci, tamblinq üzrə 19-cu Azərbaycan birinciliyi və Bakı çempionatı keçirilib. Yarışlarda 94 idmançı (batut üzrə 62, tamblinq üzrə 32) bacarığını nümayiş etdirib. Gimnastlar fərdi proqramda balacalar (2016-2017-ci illər), uşaqlar (2013-2015-ci illər), yeniyetmələr (2011-2012-ci illər), gənclər (2007-2010-cu illər) və böyüklər (2006-cı il və daha böyük) yaş kateqoriyaları üzrə çıxış ediblər.Tamblinq üzrə yarışlarda “Neftçi İdman Klubu”nun yetirməsi Riad Cavadov inamla çıxış edərək yeniyetmələr arasında (2011-2012-ci illər) gümüş medala layiq görülüb.