Azərbaycan Respublikasının dövlət qurumlarının əməkdaşları arasında 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş stolüstü tennis turnirinə yekun vurulub. Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə “Şüa” İdman Kompleksində keçirilən yarışda 44 qurumdan 146 stolüstü tennis həvəskarı (104 kişi, 42 qadın) qalib adı uğrunda mübarizə aparıb.SOCAR-ın komandasının üzvü Svetlana Kayumova turnirin final mərhələsində Azərbaycan Beynəlxalq Bankının, Müdafiə Nazirliyinin və Mədəniyyət Nazirliyinin nümayəndələrini məğlub edərək qadınlar arasında qalib adını qazanıb.Xatırladaq ki, Svetlana Kayumova ilkin mərhələdə Dövlət Sərhəd Xidməti və “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələrinə qalib gələrək final mərhələsinə vəsiqə qazanmışdı.