Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.”Neftçi İdman Klubu”nun şahmatçısı Teymur Rəcəbov yenidən ilk onluğa düşüb.Təmsilçimiz 2747 xalla 10-cu pillədə qərarlaşıb.Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2852) başçılıq edir. Rusiyalı Yan Nepomnyaşi (2795) ikinci, çinli Liren Dinq (2788) isə üçüncü sırada yer alıb.