“Neftçi İdman Klubu”nun cüdoçusu Əhməd Yusifov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük dəbilqə” turnirində  bürünc medala sahib olub. Altmış kiloqram  çəki dərəcəsində mübarizə aparan idmançımız üçüncü  yer uğrunda qarşılaşmada dünya çempionu olmuş təcrübəli rəqibi, gürcüstanlı Lukum Çxvimianiyə qalib gəlib və fəxri kürsüdə yer alıb.