“Neftçi İdman Klubu”nun atleti Nazim Babayev Türkiyənin İstanbul şəhərində keçirilən qış Avropa çempionatında finala yüksəlib. Təmsilçimiz üçtəkanla tullanma növündə 16,45 metr nəticə göstərib. Təsnifat mərhələsində dördüncü pillədə qərarlaşan Nazim Babayev finalda iştirak hüququ qazanıb.