Bu gün “Neftçi İdman Klubu”nun idarəetmə aparatının əməkdaşları arasında 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş dama yarışı keçirilib. Klubun inzibati binasında təşkil olunan turnirdə 36 iştirakçı (24 kişi, 12 qadın) bacarığını nümayiş etdirib.Yarış iştirakçıları ilkin olaraq yarımqruplarda mübarizə aparıblar. Bu mərhələdə qalib gələnlər çıxışlarını final mərhələsində davam etdiriblər.Kişilər arasında Ceyhun Şirəliyev bütün görüşləri qələbə ilə başa vurub və turnirin qalibi adını qazanıb. Eldar Abdullayev ikinci, Orxan Qarayev və Vaqif Alıyev isə üçüncü yeri tutublar. Xanım iştirakçıların mübarizəsində Danaya Hadıyeva liderliyə yüksəlib. Kəmalə Əliyeva ikinci, Gülşən Mirzəyeva və Könül Əliyeva isə üçüncü yerə çıxıblar.Qalib və mükafatçılara idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov tərəfindən  “Neftçi İdman Klubu”nun diplomları təqdim olunub.