Futbol üzrə Azərbaycan I Divizionunda XXII turun oyunlarına yekun vurulub.Bu turda “Qaradağ Lökbatan” Gəncədə “Kəpəz-2” komandasının qonağı olub. Gəncə şəhər stadionunun ehtiyat meydançasında keçirilən görüş təmsilçimizin minimal hesablı qələbəsi ilə sona yetib – 1:0. Qaradağ Lökbatan”ın heyətində Rəvan Abasov 62-ci dəqiqədə adını tabloya yazdırıb.