Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə iyirmi yaşadək gənclər (U-20) arasında Azərbaycan birinciliyi davam edir. On üç çəki dərəcəsi üzrə keçirilən sərbəst güləşçilərin yarışı başa çatıb.”Neftçi İdman Klubu”nun yetirmələri uğurla çıxış edərək ölkə birinciliyinin 11 medalını (3 qızıl, 2 gümüş, 6 bürünc) qazanıblar.Gənc pəhləvanlarımızdan Ramik Heybətov (65 kq), Əkbər Vəliyev (74 kq) və Yusif Dursunov (125 kq) bütün görüşləri qələbə ilə başa vurublar və respublika çempionu olublar. Yalnız həlledici final qarşılaşmasında məğlubiyyət acısı yaşayan Elxan Qarayevlə (74 kq) Vasif Xudiyev (79 kq) gümüş medala layiq görülüblər. Digər idmançılarımız – Ceyhun Allahverdiyev (61 kq), Abdulrəhman İbrahimov (65 kq), Omar Gülməmmədov (70 kq), Abdulla Şərif, Anar Cəfərli (hər ikisi 86 kq) və Hikmət Yaqubov (97 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıblar.Qeyd edək ki, klubumuzun sərbəst güləşçiləri ümumi komanda hesabında birinci yeri tutublar.