Bu gün futzal üzrə Yüksək Liqada XV turun oyunları keçirilir.”Neftçi İdman Klubu”  bu tur çərçivəsində “Record club” komandasını sınağa çəkib. “Olimpik Star”da təşkil olunan qarşılaşmanın əvvəlində rəqib önə keçsə də, futzalçılarımız tədricən oyuna nəzarəti ələ alıblar. Sona qədər inamla çıxış edən komandamız görüşü 12:4 hesablı qələbə ilə başa vurub.