Polşanın Poznan şəhərində gənclər arasındakeçiriləncüdo üzrə Avropa kuboku turnirinə yekun vurulub.”Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer alan təmsilçiləri yarışın iki medalına yiyələniblər. Cüdoçularımızdan 73 kiloqram çəki dərəcəsində çıxış edən Qadir Hüseynov yalnız həlledici final qarşılaşmasında məğlub olub və turnirin gümüş medalını qazanıb. Digər idmançımız İsmayıl Zamanov (90 kq) isə fəxri kürsünün üçüncü pilləsində dayanıb.