İsrailin Hayfa şəhərində yeniyetmələr, gənclər və kişilər arasında keçirilən sambo üzrə Avropa birinciliyi və  çempionatına yekun vurulub.”Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində təmsil olunan samboçuları  mötəbər yarışın 6 medalına sahib olublar.Yeniyetmə idmançılar arasında Toğrul Kərimli (53 kq) və Hüseyn Hüseynli (88 kq) qitə birinciliyinin  bürünc medalına layiq görülüblər. Gənclərin mübarizəsində Sahib Babayev (58 kq) və Məhəmməd Məmmədzadə (+98 kq), kişilər arasında isə Hacalı Qasımov (71 kq) və Ceyhun Hüseynov (88 kq) eyni uğura imza ataraq fəxri kürsünün üçüncü pilləsində yer alıblar.