Futbol üzrə Azərbaycan I Divizionunda XXVI turun oyunları davam edir.”Qaradağ Lökbatan” bu tur çərçivəsində “Qəbələ-2” komandasının qonağı olub. Qəbələ şəhər stadionunun ehtiyat meydançasında keçirilən qarşılaşma komandamızın minimal hesablı üstünlüyü ilə başa çatıb – 1:0. “Qaradağ Lökbatan”ı   qələbəyə daşıyan yeganə qola oyunun 19-cu dəqiqəsində  futbolçumuz Mehdi Haşumov imza atıb.