“Neftçi İdman Klubu”nun təmsilçiləri Rəsul Seyidəlisoy və Camal Feyziyev Polşanın Kielse şəhərində iyirmi bir (U-21) və iyirmi üç yaşadək  idmançılar (U-23) arasında keçirilən sumo üzrə Avropa birinciliyində mükafata layiq görülüblər. Doxsan iki kiloqram çəki dərəcəsində çıxış edən Rəsul Seyidəlisoy iyirmi üç yaşadək idmançıların mübarizəsində bürünc medal qazanıb. Komanda yarışlarında isə o, qızıl medala sahib olub. Digər təmsilçimiz Camal Feyziyev isə qitənin müxtəlif ölkələrindən 300-ə yaxın sumo güləşçisinin qatıldığı mötəbər turniri iki qızıl medalla başa vurub. İdmançımız 115 kiloqramdan yuxarı çəki dərəcəsində və mütləq çəkidə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.