“Neftçi İdman Klubu”nun güləşçiləri Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında böyük əzmkarlıq nümayiş etdirərək, ümumilikdə 7 medala (3 qızıl, 3 gümüş, 1 bürünc) sahib olublar.Sərbəst güləşçimiz Hacı Əliyev mötəbər yarışda qızıl medal qazanaraq dördüncü dəfə Avropa çempionu olub və Azərbaycanın güləş tarixinə düşüb. Belə ki, yetmiş kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız yeganə dördqat Avropa çempionu olan Azərbaycan güləşçisidir.Klubumuzun yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Ülvü Qənizadə (72 kq) də inamla çıxış edərək Avropa çempionatının qalibi olublar. Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Nihat Məmmədli (60 kq) isə bürünc medala yiyələnib.Sevindirici haldır ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisi qitə çempionatında 6 medal qazanıb ki, bunların da hamısı “Neftçi İdman Klubu”nun təmsilçilərinə məxsusdur.